Qış qaraldı, axşam qəribliyi çökdü sinəmə,Kövrəldim yaman.Quşların nəğmə səsiEşidildi uzaqlardan.Quşlar yuvalarına çəkildilərNəğmələrlə açmaqçün səhəri.Ulduzlar nizamlı, nizamsızSəpildilər göy üzünə.Ulduzlaröz məhəbbətlərini yazdılargöyün sinəsinə.Ay bu məhəbbətiişıq selinə qərq etdi halə-halə.Ay bu məhəbbətiİşıq selində yaşadacaq beləAyın şüası altdarəngdən-rəngə çaldı dənizDalğasıyla, ləpəsiylə.Ləpələr sahil qumlarına sığal çəkdibir uşaq həvəsiylə.Bu da bir məhəbbət idi,suların sahil qumlarına məhəbbəti.Bu da bir ülfət idi,suların sahil qumları iləPıçıltılı,nəhayətsiz ülfəti...Meh əsdi,söyüdlərin saçları darandı

aram-aram,asta-asta.Meh əsdi,elə bil söyüdlərçünməhəbbət mahnısı oxudu.bu axşamasta-asta...Körpə bənövşələryumdular körpə gözlərinisübhədək.Bulaqlar saxladılar söhbətlərini,sözlərini sübhədək.Torpağa həzin bir sükut çökdü,dincəlsin deyə.Fəqət torpağın böyük qəlbiyenə başladı döyünməyə,döyünməyə...Hər vurğu sanki laylasıydıçöllərin, ormanların.Hər vurğu yaşamaq haqqıydıtorpağa bağlı insanların.Təbiət bürünsə dəhəzin bir sükuta,Yenə qəlbimdə odlu bir məhəbbətgözlərimdən qovub yuxunu,dinləyirdim ana torpağınürək döyüntüsünü.Dinləyirdimillərdən keçib gələn,sabaha körpü olanhikmət dolu səsini,hikmət dolu sözünü.Dinləyirdimana torpağınÜrək döyüntüsünü...Ürək döyüntüsünü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов