Çinar olaydı xitabat kürsümüz
45-ci il idi,Bahar qoxulu,inqilab duyğulu il.Möhrə divarlar da,Kərpic evlər dəsevinirdi.
Çəkilən dumanların yerinəqapıya, pəncərəyəpillə-pilləgünəş enirdi.Elə bilküçələrin sinəsinə yazılmışdışadlıq.Vətənin hər yerinəazadlıq gəlirdi,azadlıq!O zamannallı çəkmələriminsəsini eşidirdi yurdum.Qəlbimdəqızıl köynəkli,milyon biləkliinqilabınodlu nəfəsini duyurdum.Yazı masambir parça daş idi,yatağım tozlu səngər.Hər şeydən keçərəmindi,o günümü qaytarsalar əgər.Xitabat kürsümüzbir çinar ağacı idi.Nitqimizdən çox idiişimizin silqəti.Qanımız bahasına aldıqo torpağı, o suyu,o səadəti...Xitabət kürsümüzbir çinar ağacı idi.Neçə vətən oğluoradan danışdı,mətin-mətin.Danışdı taleyini
dili bağlı bir millətin.Fəhləyə dəzgah,kəndliyə torpaq verdik.Nitqimiz qısa oldu,biz dərdli ürəkləri,solğun çöhrələrisevindirdik.Yel qanadlıçaparlarımız vardı.Neçə telefona,düyməli zəngə,daha nəyə, nəyədəyərdilər.Danışan baş qərargah idi,Cavab verən səngər.Xəbərlərtəkərlər üstündəyəhər qaşında idi.HamıAzadlıq döyüşündə,vəzifə başında idi.Azadlıqçınoddan, alovdan keçərdifədailər,təki əllərindənalınmayaydıdöyüşmək haqqı,bir də tozlu səngər.Xitabət kürsümüzçinar ağacı idi.Qalxdıq,and içdik.Endik,andımıza əməl etdik.Biz cəbhəyə, düşmənlədöyüşə getdik.Getdik,Gəlinlərin, qızlarınsevincini qaytaraq özünə.Qoymayaq duman çökəXətibin,Saibin Təbrizinə!İllər keçib...Deyirəm, kaşindi də çinar ağacı olaydıxitabət kürsümüz.Kürsüdən enib,əməl edə biləydikandımıza, sözümüzə biz.Çinar ağacı olaydıxitabət kürsümüz...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-cinar-olaydi-xitabat-kursumuz
Клавиши ← → для перехода, R — случайное стихотворение