Dünyaya şeir gəlir...
Bu səhər al günəşinQızılı tellərindəDünyaya şeir gəlir.Bu səhər budaqlarınÇiçəkli əllərindəDünyaya şeir gəlir.
Güneydə lalə yanır,Quzeydə qar əriyir.Körpə güllərin ətriYeri, göyü bürüyür.
Dağlardan enən dumanDərələrə yeriyir.Çiçəklər ümmanındaDünyaya şeir gəlir.
Durnalar vida edirHəsrətə, ayrılığa.Həsrətin acısınıYollardan yığa-yığa,Yeddi rəngə girirlərGöydə bir an içində.Durnaların bu ülviQatarında, köçündəDünyaya şeir gəlir.
Sanki təzə diş yarır,Ağaclar ağçiçəkdə,Bir mahnı bağışlayırBizə əsən külək də.Yanır ümid çırağı,Şölə çəkir ürəkdə.Bir gəlinin andında,Arzular qanadındaDünyaya şeir gəlir.
Meh əsdikcə qırılırLal göylərin aynası.Yaz gəlir, şirinləşirKörpələrin röyası.Çəmən ətri, gül ətriHopur laylamıza da.İstəyirəm mən özümXəbər verim yaza da;Hansı yana baxıramKönlüm, gözüm dincəlir,Dünyaya şeir gəlir,Dünyaya şeir gəlir...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-dunyaya-seir-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqatEy qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Ya bir olar, ya ikiİsmi Pünhan, niyə məndən küsübsən,Yaxşı-yaman ya bir olar, ya iki.