Göylər açdı yaxasını,Bənövşələr səpələndi.Duyub yazın havasını,Durğun göllər ləpələndi.

Çaylar şirin bir nəğmətəkOba-oba axıb keçdi.Körpə quşlar ürpək-ürpəkPəncərəmdən baxıb keçdi.

Vəcdə gəlib sanki, birdənGirdim bahar yağışına.Səslədilər yerbəyerdənMəni nəğmə yarışına.

Göyqurşağı göydə güldü,Yerdə tarla, zəmi, bağça.Dağlardan sellər töküldüDərin dərələr boyunca.

Çinarların yaz havalıKölgəsinə girdi yollar.Gül naxışlı, gül butalıƏlvan xalı sərdi yollar.

Meh əsdikcə yırğalandı,Bir-birinə dəydi güllər.Göy üzündə günəş yandı,Zərdən paltar geydi yollar.

Havalanan kəpənəklərGüldən-gülə yol saldılar.Uçmaq üçün axşam-səhərÇiçəklərdən güc aldılar.

Bulaqların gözü güldü,Nəğmələndi hər zəmisi.Ətirləndi, dada gəldiYarpız naxışlı süfrəsi.

Ellər yenə dağa qalxdı,Cavanlaşdı qoca dağlar.Sinəsinə çiçək taxdı,Tutdu təzə xonça, dağlar.

Oba-oba, oymaq-oymaq,Səslədi təbiət məni.İnandım ki, yaşadacaqBu sevgi, bu şəfqət məni.

Arzularım ümman-ümman,Yol gedərəm səhər-axşam.Mən həyatdan, insanlardanDoymamışam, doymamışam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе