Beşinci fəsil
Страница 2 из 11 · 9%
– Bax, ustanın sözü yaman tez yadından çıxdı! – deyə Cəmil açarı burub Tahirə uzatdı.
– Yaxşı, yaxşı, dünya dağılmadı ki? – Tahir də söz altında qalmayıb, ustaya yanaşan Lətifəni oğrun-oğrun süzərək, açarı burdu və komanda verirmiş kimi, əlini qaldırıb saldı:
– Burax! – deyə bağırdı.
Boru yeknəsəq bir xırıltı ilə quyuya sallandı.
Lətifə ustaya nə isə deyib gedəndən sonra da Tahirin fikri onun yanında qaldı.
Səhər tezdən Tahirgilin növbəsi qurtarmaq üzrə ikən, “Bahar” qayığı ilə altı nəfərdən ibarət bir dəstə fəhlə usta Ramazanın buruğuna gəldi. Xoş-beşdən sonra briqadanın rəhbəri usta Ramazana gəlişlərinin səbəbini açıb söylədi:
– Biz trest müdirimiz Lalə İsmayılzadənin əmrinə görə gəlmişik. Sizə kömək etməyi tapşırıblar.
– Nə kömək? – deyə usta təəccüblə soruşdu və briqada rəhbərini təpədən-dırnağa qədər bir neçə dəfə süzdü. Yoğun əzələləri köynəyinin üstündən aydın görünən bu ucaboy fəhlə, qıçlarını bir-birindən aralı qoyub, rəqibini güləşməyə çağıran bir pəhləvan görkəmi ilə dayanmışdı.
– Deyirlər ki, siz çox geri qalırsınız, sizi yedəyə alıb kəsirdən çıxarmaq istəyirik.
Usta bu gəlişi əvvəlcə zarafat bildisə də, fəhlələrin üz-gözlərində heç bir istehza əlaməti görmədiyindən, briqada rəhbəri kimi, o da rəsmi cavab verdi:
– Lalə xanımdan çox razıyam, amma mən hələ köməyə möhtac deyiləm. Planı bu günəcən yüz iyirmidən aşağı salmamışam. Ümidvaram ki, belə getsə gələn aydan bir az da qaldıram. Buyurun, gedin, yəqin oranın özündə də fəhlə lazımdır.
Briqada rəhbəri usta Ramazanın hirsləndiyini, ancaq onlara hörmət üçün pis söz deməkdən çəkindiyini duyub soruşdu.
– Yaxşı, biz qayıdıb trest müdirinə nə deyək?
– Deyin ki, sözümüz sözdür. İki trest yarışır, cücəni payızda sayarlar.
– Axı Qüdrət İsmayılzadə razı olub, siz niyə bizi geri qaytarırsınız?
– Olsa da, olmasa da mənə kömək lazım deyil! – Ramazan səsini ucaltdı: – Lalə xanıma mən özüm zəng edərəm. Qaldı, sizə bircə sözüm var, qoy deyim, ürəyimdə qalıb məni narahat eləməsin.
– Buyurun, buyurun!
– Dəvə nə qədər arıq olsa, dərisi sarvana yükdür.
Bu zərb-məsəlin mənasını yaxşı başa düşməyən briqadir dinməyib, əlilə yoldaşlarına “gedək” işarəsi verdi. Onlar yola düşdükdən sonra, usta Ramazan bığaltı gülə-gülə bu söhbəti dinləyən yoldaşlarına üz tutdu:
– Eşitdinizmi, uşaqlar? Sizdə qeyrət olsa, mənim papağımı yerə vurmazsınız!
– Vurmarıq, usta, vurmarıq! – deyə hər tərəfdən fəhlələrin səsi eşidildi.
– Vurmarıq! – deyə Tahir də ayrıca söz verdi.
2
Lalə ilə trestin baş mühəndisi Minayev maşından düşüb sahildən yarım kilometr aralı, boz qayalıqların zirvəsində qoyulmuş təzə buruğa qalxırdılar.
Onların tanışlığı çoxdan başlanmışdı.
Dmitri Semyonoviç Minayev Bakı neft institutunu bitirdikdən sonra, mədənlərdən birinə sıravi mühəndis təyin olunmuşdu. O vaxt Lalə İsmayılzadə mədən müdiri idi. O, qonşuluğundakı mədənin həyatı ilə o qədər maraqlanmadığından, orada mühəndis işləyən Minayevi də yalnız uzaqdan-uzağa tanıyırdı. Sadəcə bir təsadüf onları dostlaşdırdı: neftçilər üçün tikilmiş təzə binada mənzil qonşusu oldular. Evlərinin balkonu yanaşı düşdü. Dmitri Semyonoviç hələ subay idi. Arvadı Vera Alekseyevna ilə hələ yenicə məhəbbət romanı başlamışdı. Qız onun evinə təkdənbir gələrdi. İsmayılzadələr Minayevlə tanış olandan bircə ay sonra, Lalə balkona çıxan sevgililərə üz tutub dedi:
– Dünən bizim opera teatrında Anatoli Vasilyeviç Lunaçarski gözəl bir mühazirə söylədi. Suallara cavabı mühazirəsindən az maraqlı deyildi. Bir sözü lap sizə aiddir, qonşu.
Vera ilə yanaşı balkonun məhəccərinə dirsəklənmiş Dmitri Semyonoviç yerində doğruldu, qızılı rəngə çalan dalğalı saçlarını ikiəlli geriyə sığallayaraq soruşdu:
– Necə, necə? O nə dedi?
– O, cavanlara üz tutub gülə-gülə dedi ki, “bacardıqca tez evlənin!” Hamımız gülüşdük. Siz onun məsləhətinə nə vaxt əməl edəcəksiniz?
Dmitri Semyonoviç, ağ və zərif yanaqlarında qızartı görünən Veraya baxa-baxa cavab verdi:
– Günah məndə deyil, qonşu. Veroçka nə üçünsə tamam əksinə hərəkət edir. Anatoli Vasilyeviç “tez evlənin” dedikdə, yəqin ki, on doqquz-iyirmi yaşına çatmış gəncləri nəzərdə tutur. Amma mən artıq iyirmi beş, Veroçka isə iyirmi ikini keçir.
– Hara tələsirsən? – deyə Vera da dillənməyə məcbur oldu.
– Əgər tələsməyin mənası yoxsa, nə üçün tribunadan, özü də belə nüfuzlu adamlar məsləhət görürlər?
Lalə artıq ciddi bir ifadə ilə dedi:
– Mən Anatoli Vasilyeviçin fikrini başa düşürəm. Ailə həyatının da özünə məxsus bir məziyyəti var.
– Məsələn, nə kimi? – deyə bu dəfə kəsik, qara və gur saçlarını alnından yana tərəf eləyən Vera, qırmızı dodaqlarında titrəyən incə təbəssümünü gizlətməyə çalışaraq, Lalənin gözlərinin içinə düz baxdı:
– Siz gənc Balkonskinin Pyerə dediyi “dostum, heç vaxt evlənmə” sözlərini xatırlayırsınızmı?
– Bəli, xatırlayıram. Ancaq mən bu məsələdə Lunaçarskiyə ondan daha çox inanıram. Çünki o, Tolstoyu hamımızdan yaxşı bilir və yəqin ki, Balkonskinin həmin sözlərinə də diqqət yetirməmiş deyil.
Görünür Lalənin təşviqi sevgililərə o qədər də təsir eləmədi. Onlar tələsmədilər. Bu söhbətdən yalnız iki il sonra evləndilər. Toy günü Laləni trest müdiri, Dmitrini isə həmin trestin baş mühəndisi təyin eləmişdilər.
Qüdrət toy məclisinin tamadası oldu. Bəylə gəlini də təbrik elədi. O, Dmitriyə müraciətlə nitqə başladı:
– Əziz dostum, bu gündən sən azad gənclik həyatına son qoyursan. İndi hər addımın kontrol altına alınacaq.
Bütün məclis qəhqəhə çəkdi. Qüdrət sözünə ara verməyə məcbur oldu.
– Siz elə fikir edirsiniz ki, mən bunu zarafatla deyirəm? Xeyr. Təəssüf ki, xeyr!
Qonaqlar bu dəfə daha da ucadan gülüşdülər.
– Ancaq Vera Alekseyevna ilə Dmitri Semyonoviç bu kontroldan daha böyük ləzzət alacaqlar.
Artıq məclisin qəhqəhələri Qüdrəti danışmağa qoymurdu. Lakin o özü gülmür, əsil mətləbini deməyə tələsirdi.
– Ailə həyatı böyük bir imtahandır. Bu imtahandan müvəffəqiyyətlə çıxanlar, ictimai həyatda da az büdrəyirlər. Məsələn, bizim kimi. Amma bunun bir şərti var. Həyatın ağır dəqiqələrində ər-arvad yox, həqiqi dost və həmdəm olmaq lazımdır!
– Bax, bu keçməz! – deyə Lalə yerindən söz atdı:
Bütün məclis yenidən qəhqəhə çəkdi. Lakin hamı, Lalənin zarafat tərzində dediyi bu sözlərdə nə isə bir inciklik nidası duydu.
– Yox, əzizim, – deyə Qüdrət gülümsəyərək, nitqini tamamladı, – mən bizim dostları tanıyıram. Vera Alekseyevna biz neftçilərin arasına düşməkdə yanılmamışdır. Mən inanıram ki, o, bu böyük ailənin sərt qanunlarını bəyənəcək və bu evə həqiqi sevinc gətirəcəkdir. Bu isə ailə üçün birinci şərtdir. Bəylə gəlinin sağlığına!
Qüdrət al şərabla dolu qədəhi dibinə qədər boşaltdı. Onun gözü Dmitriyə zillənmişdi.
– Aranızda ixtilaf olsa, onu yatırmağın bircə yolu var: həmişə geri çəkilməyə çalış, dostum. Unutma ki, qanuna görə ərlə-arvad bir hüquqa malik olsalar da, ailədə bu qanun həmişə pozulur. Nə edəsən ki, arvad kişinin ağasıdır?
– Biz çalışırıq ki, qanun pozulmasın, – deyə Minayev cavab verdi.
– Yox, bacarmayacaqsan?
Bu zarafatlar toy məclisinə nə isə bir sadəlik və sərbəstlik gətirdi.
O günün səhərisi trestdə Dmitri Minayevin ağır iş həyatı başlandı. Ancaq o, bu ağırlığı hiss eləmirdi. Vera, sevişdikləri müddətdə kimə ərə gedəcəyini bilirdi. O, gündüzlər orta məktəbdə dərs deyir, qalan vaxtını evin səliqəsinə sərf edirdi. Dmitri işdən gec qayıdanda belə, xoşbəxt ailə həyatı ona bütün yorğunluğunu unutdururdu.
Trestdə Lalə ilə Minayevin iş prinsipləri bir-birinə düz gəlmişdi. Onlar əvvəlcədən belə qərarlaşmışdılar: “Bir-birimizdən həqiqəti gizlətməyəcəyik. Sərt tənqiddən inciməyəcəyik!”
Onlar təcrübəsizdilər. Lakin neftçilər kollektivində bunun o qədər də qorxusu yox idi. Bir il belə keçməmiş, onlar trestin hər bir buruğuna bələd oldular. Planları hər il artıqlaması ilə dolur və hər il də trest işçilərinin nümunəvi işindən danışırdılar. Lalə ilə Dmitri Bakıda ilk dəfə Lenin ordeni ilə təltif olunmuş neftçilərdəndi.
İndi onlar yeni buruqları plandakından da artıq qazdırır, partiyanın qazıma sahəsindəki tələbini bütün trestlərdən qabaq həyata keçirmək istəyirdilər. İndi görməyə getdikləri təzə buruq da plandan əlavə qazılırdı.
Aylı-ulduzlu bir payız gecəsi idi. Onlar nəfəslərini dərmək üçün dayanıb ətrafa göz gəzdirdilər. Dağ parkında nəfəsli orkestrdə çalınan hərbi marş səsi eşidilirdi. Bakının sahil boyu ilə yarımdairəvi şəkildə uzanan saysız-hesabsız işıqları, yerə səpilmiş ulduzlara bənzəyirdi.
Onların dayandıqları nöqtədən bütün Bakı aydın görünürdü. Yalnız buradan baxan adamlar şəhərin əsil əzəmətini duya bilərdilər. Külək əsmədiyindən, Bakı üzərini xəfif bir duman çulğalamışdı. Bu duman içində üzən evlər, dənizdə üzən saysız-hesabsız gəmilərə bənzəyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:
Altıncı fəsil1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
Yeddinci fəsil1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?
Səkkizinci fəsil1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.
Стихи других поэтов
Sənsən ilk baharım mənim,Sevimli gülzarım mənim.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,