Çölün düzündə
Страница 1 из 6
Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.
Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Səfərimizin birinci günündə qatar yalnız bəzi stansiyalarda dayanırdı, amma sonralar təkdənbir göz işlədikcə uzanan düzün ortasında, bəzən də stansiyaların axırında, o da gecələr (yəqin ki, su götürmək üçün), dayanmağa başladı. Əgər mən vağzalların adını oxumasaydım, bəzən günlərlə qət elədiyimiz yolların hansı respublikadan keçdiyini də öyrənə bilməyəcəkdik. Türkmənistanı və Özbəkistanı adlayıb, nəhayət Tacikistana çatdıq.
Gecənin bir aləmində bizi vaqonlardan düşürüb, yük maşınlarına doldurdular, səhər yenicə açılhaaçılda, kənddən-kəsəkdən uzaq, hansı arx üçünsə qazılmış torpağa yaxın bir yerdə düşürdülər. Yalnız gün doğub üfüqdən baş qaldırdığı zaman, uzaqlarda, bizdən ən azı on-on iki kilometr aralı, havadan güclə seçilən bir tüstü gördüm və orda yaşayış məntəqəsi yerləşdiyini yəqin elədim.
İlk dəfə burada gördüyüm bir nəfər, camaatın iki-üç addımlığında dayanmış yük maşınının üstünə sıçradı. Kim isə “roisimiz!” – dedi və bu səs uzun bir pıçıltı ilə izdihama sürətlə yayıldı. (Onun adını, atasının adını və familiyasını sonralar öyrəndim: Həsən Babacanoviç Niyazov idi). O, xaki rəngli parçadan qoşacibli üst köynəyi və qəlifeyi şalvar, dizindən xeyli aşağıda boğazı qarmon kimi büzüşmüş çəkmə geyinmişdi. Sağ böyründən tünd qırmızı qoburlu tapança sallanırdı. Paltarı rəngdə şapkasını geriyə itələmişdi. Batıq alnının hər iki tərəfindən bərk seyrəlmiş saçlarının ucları görünündü. Kirpiklərini tez-tez qırpırdı. Boyu orta idi. Qıyıq gözləri çox zəhmli baxırdı. O, sifətinə nisbətən çox ağ görünən əlini yuxarı qaldırıb, camaatı sakitliyə çağırdı və çox gözləməyib ucadan, tənqidli səslə dedi:
– Vətəndaşlar!..
Belə hallarda ən cüzi bir şey də insanın qəlbinə toxunur. Mən indiyəcən hər yerdə “yoldaşlar” sözünü eşitməyə adət eləmişdim, amma bu sözün qüvvəsini həqiqi mənada yalnız indi qiymətləndirirdim. Deməli, bundan sonra məni də, mənim günümə düşmüş başqa adamları da “vətəndaş” deyə çağıracaqlar. Doğrusu, son ay içərisində keçirdiyim ruhi sıxıntıların hamısından çox bu mənə yer elədi: “Nə üçün yoldaş yox, vətəndaş? Məsələn, şəxsən məni niyə yoldaşlıqdan çıxardırlar?” deyə düşündüm və mənə elə gəldi ki, az-çox heysiyyəti olan hər kəs də ürəyində özünə bu sualı verir.
– Vətəndaşlar! – deyə Niyazov elə bil qəsdən mənə yanıq vermək üçün təkrar elədi. – Siz məhbus deyilsiniz, heç bir hüququnuz da əlinizdən alınmayıb, ölkəmizin daxili vəziyyətini, yəni müharibənin əmələ gətirdiyi şəraiti nəzərə alaraq, bəzi mülahizələrə görə sizin yalnız yerinizi dəyişməliyik. Sizin üçün bax, burada, – o əli ilə düzənliyi göstərdi – kənd salınacaq... Yəni bu kəndi siz özünün salacaqsınız, yaşayış evləri tikənə qədər, yəni müvəqqəti olaraq, çadırlarda yaşayacaqsınız, yəni müəyyən əziyyətə qatlaşacaqsınız...
Mənim arxamda dayanmış bir nəfər zarafat eləməyə də imkan tapıb söz atdı:
– Aşnam “yəni” sözünü yaman xoşlayır, ha.
– Görürsünüz ki, vətəndaşlar, hələ baharın oğlan çağıdır, yəni bahar yeni başlanır, yəni işləmək üçün ən müsaid vaxtdır, hər şey sizin özünüzdən asılıdır...
– Yəni... – deyə yenə arxadan eşitdiyim səs sahibi bir az da ucadan söz atdı.
Arada hətta pıqqıldayıb gülənlər də oldu. Niyazov nitqinə ara vermədən deyirdi:
– Sizin içərinizdə mühəndislər, aqronomlar, müəllimlər, bənnalar, həkimlər var. Bunu biz yaxşı bilirik. Hər biriniz namuslu zəhmət sayəsində hörmət və rəğbət qazana bilərsiniz, əlbəttə, bu cür işləsəniz, taleyinizə də bunun müsbət təsiri ola bilər...
Niyazov yerə düşdü və mənim yanımdan ötüb maşınlardan bir az bəridə toplanmış gözətçiləri səslədi: yəqin hamımıza eşitdirmək üçün qəsdən ucadan dedi:
– Bir-ikiniz burada qalın, o biri yoldaşlar maşın götürüb çadırları gətirməyə getsinlər. Bilirsiniz, haradan alacaqsınız? Bilmirsiniz? Onda mən bu saat adres verərəm... – O, döş cibindən əl boyda bloknot çıxarıb tez-tələsik yazdı, vərəqi qopardıb gözətçilərdən birinə uzatdı: – Amma bu gün nə tövr olsa qayıdın, yağış-filan yağsa, camaatı naxoşladarıq...
Göy üzü duru və təmizdi. Belə getsə, bu gün də, sabah da yağış qorxusu ola bilməzdi. Bəs o, nə üçün bu sözləri deyirdi? Yəqin buradakılara özünü qayğıkeş və insanpərvər bir adam kimi qələmə vermək istəyirdi. Ancaq, əksinə, məndə onun səmimiyyətinə dərhal şübhə oyandı. Fikirləşdim ki, əgər insan qədrini biləndinsə, nə üçün əvvəlcədən hazırlıq görməmisən?
O, təcili bir işə gedirmiş kimi, əlini gicgahına yaxınlaşdıraraq, gözətçilərlə salamatlaşdı və çevik addımlarla maşına yanaşıb, sürücünün yanında oturdu, əli ilə bayaq mənim gördüyüm yaşayış məntəqəsini nişan verdi, Maşın uzaqlaşdı...
Arxa tərəfdən yenə o tanış səsi eşitdim:
– Hə, deməli gəldik çıxdıq mərəndə!.. Dəmir məftil çəkib qarovul da qoysaydılar, bir dəfəlik işimizi bilərdik.
Kim isə onunla şərik olmadı:
– Kişinin oğlu dedi ki, sizin yalnız yerinizi dəyişdiriblər, kənd salacağıq, təsərrüfatla məşğul olacağıq...
Tanış səs farsca misal çəkdi:
– Xər həmən xər əst-çuli digərəst.
– Baxma, təfavütü çoxdur.
Mən də elə düşünürdüm ki, burda kənd salmaq və həyat qurmaq fikri hər halda bizim xeyrimizədir. Bir halda ki, bizi bura gətirmişdilər, deməli hərə bir iş görəcək, azad vətəndaşlar kimi dövlətə fayda da verəcək. Axı, bunsuz bizim həyatımız çox cansıxıcı və mənasız keçə bilərdi! İndiyəcən bizim sovet adamlarımızın burdan qat-qat çətin yerlərdə, qırx, əlli dərəcəli şaxtada sadəcə kənd deyil, böyük sənaye şəhərləri saldıqlarını mən çox gözəl bilirdim. Bunu kitablarda oxumuş, sənədli filmlərdə görmüşdüm. Mən sıravi, sadə insanların nəhəng qüdrətinə inanırdım, bilirdim ki, hələ texnikamız ibtidai halda ikən belə işlər görməyi bacaran bu insanlar, elmə, biliyə və texnikaya yiyələnəndən sonra dünyanı heyrətə gətirəcəklər!
Əlbəttə, mən o azad vətəndaşlarla bizim fərqimizi yaxşı anlayırdım: onlar yeni torpaqlara könüllü gedirdilər, yarıac, yarıtox, bəzən cırıq-cındır paltarda olduqlarını unudurdular. Çünki onlar bütün ölkənin köməyinə arxalanırdılar. Amma, bizi etibarsız və ictimai cəhətdən qorxulu adamlar kimi şəhərimizdən ayırıb buraya gətirmişdilər. Niyazovun dediyi kimi, başqa hüquqlarımız əlimizdən alınmasa da, biz “yoldaş” məfhumuna zidd ünsürlər sayılırdıq. Bu müqəddəs adı daşımaq hüququndan məhrum edilmişdik. Əlbəttə, buna nisbət də bizə xalqdan, cəmiyyətdən demonsayağı uzaqlaşdırılmış günahkarlar kimi baxacaqdılar. Bunu fikirləşəndə, vəziyyətimizin necə həqarətli olduğunu bir daha hiss eləyib, qəhərdən boğulmaq dərəcəsinə gəlirdim...
Uzun yolun yorğunluğunu tək mənim kimi bərkə-boşa düşməmiş, neçə gündən bəri yavan çörəkdən başqa heç nə yeməmiş cılız bədənli qadınlar deyil, hələ heç nədə özünə korluq verməmiş, güclü və sağlam kişilər də hiss eləyirdilər. Niyazovu dinlədikdən sonra adamlar birdən süst düşüb orda-burda oturdular, bağlamalarını açıb özlərinə yer düzəltdilər.
Mən də yorğunluqdan az qala ayaq üstündə yuxulayır, bəzən hətta gördüklərimin də həqiqət deyil, yuxu olduğunu düşünürdüm. Şüurum dumanlanmağa başlayırdı.
Mən fəlakətə uğramış insanın özünü xilas üçün bəzən öz həmcinsini ayaqladığına, onun tikəsini əlindən qoparmaq üçün onu hətta öldürdüyünə dair qəribə əfsanələr eşitmişdim, amma bunların doğruluğuna inanmamışdım, indi isə heç inanmırdım. Əksinə, mənim ürəyimdə insanlara bəslədiyim rəğbət və etimad hissi daha da qüvvətlənirdi. Mən bu barədə yuxulu-yuxulu fikirləşəndə yenə o tanış səsi eşitdim:
– Ay bacı, adını da bilmirəm, gəl, sən də ye, kasıbın olanından... Səni deyirəm, ay bacı!
Dönüb baxdım. O, mənim arxa tərəfimdə, göy otun üstündə bardaş qurub, iki nəfər özündən yaşlı kişi ilə üzbəüz oturmuşdu. Əli ilə məni göstərdi:
– Buyur, bacı, sən də ye, görürəm, acsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-colun-duzunde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..
Böyük aşıqAzərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlərDeni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.
Dahi sənətkarI**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Стихи других поэтов
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Dizlərim əyilsəÖmrün bahar çağı tufanda keçdi,Nə bir yol tövşüdüm, nə dizim əsdi.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,