Bacım Gülsümə məktub
Necə yad görürəm doğma yerləri...İlk dəfə qarşıma çıxmadı anam.İlk dəfə anamsız açdım səhəri,İlk dəfə anamsız düşəcək axşam.
Uyuşa bilmirəm kəndimizə ta,Başqa nəğməlidir bulaqlar indi.Sanki mən tərəfə əyilmir hətta,Mənsiz çırpılmayan budaqlar indi...
Demə ki, ay bacım – anam əvəzi,Qardaş, etibarın bəs hara getdi?!Bir də bu yerlərə dönmək həvəsimAnamla birlikdə məzara getdi...
Hörməti ayrıdır qardaş-bacının,Tək ana nəfəsi üzümə dəymir.Bəs hanı, qocaman qoz ağacınınDibindəki cəhrə gözümə dəymir?
Uşaqlar çıxardıb tağalağını,İydən də bir mismar kəsibdir hərə;O küncdə toz basan yun darağınıYəqin satmısınız hörümçəklərə.
Elə bil yarpızın dəyişib tamı,Nanənin ətri də azalıb bir az.Çağırın, çağırın əziz anamıBelə bağça olmaz, belə bağ olmaz.
Əyib atamı da ömrün gərdişi,Dünyanın qəribə sirləri varmış:Ömür yoldaşını itirən kişiUşaqdan da betər yetim olarmış...
Çətindir, ay bacım, bunları görmək,Göz də bir baxışla oda düşərmiş.Uşaqlıq itirmək, gənclik itirməkAna itirəndə yada düşərmiş...Nə lovğalıq bilin, nə də ki, ayıb,Mən daha köçəri, köçəri quşam.Bu gecə üstümü örtən olmayıb,Bu gecə yamanca soyuqlamışam.
Örüşdən quzular dönüb mələşir,Boz inək axtarır səsini onun.Yadıma bir sözüm, bir misram düşür:Çırağı anaymış ata yurdunun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-bacim-gulsume-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gülür üzün, əcəb xoş növrağın var,Könlümə iftixar, can, a yaylağım.
Лаали-манзуме, глава 17اگر صبح قیامت را شبی هست آن شب است امشبطبیب از من ملول و جان ز حسرت بر لب است امشب
OlduSalam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
Son bahardaHəmşirəzadəm için*Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma;