1. Buluda minmək olar?

– Təyyarəyə minir adam,Uçur, gəzir, enir adam,Buludun da qanadı var?Buluda da minmək olar?

– Əlbəttə ki, minmək olar.Amma, qızım, deyil asan,Bunun üçün gərək çoxlu,Çoxlu kitab oxuyasan...

2. Böyük olsam

– Böyük olsam mənNeylərəm bilsən?– Neylərsən, balam?– Hər şeyi satıbOyuncaq allam!

3. Necə

Dünən kinoda gördüm:Dəniz, gəmi, balina...Bu gün isə gəlmişəmLap dənizin yanına.Nə böyükdür gəmilər,Sudur baxırsan hara.Bunlar necə yerləşirKiçik televizora?

4. Quzum

Mənim balaca quzum,Qarnı alaca quzum.Gəl, sənə yonca verim...Su da, doyunca verim.Böyü, səni otarım,Dağa-daşa aparım.Bircə şərtim var, ammaÇiçəkləri tapdama...

5. Niyə belə elədim?

Kuklamı sındırmışam,Paltarını cırmışam.Deyirəm ki, ay ata,Təzə kukla al mənə.Deyir: Daha şəhərdəKukla tapılmır sənə.Deyəsən, bir-birinəXəbər də yayıb onlar,Daha bizə gəlmirlər,Səni tanıyıb onlar...

6. Təmiz balalar...

Qızım İradəSoruşur hərdən,Atacan, niyəBalacayam mən?İstərəm səninÇiyninə çatam,Niyə sən məndənBöyüksən, ata?

Deyirəm: Qızım,Ay mənim quzum,Mən də sənintəkBalaca idim.

Anam nə zamanYe, dedi – yedim,Yat, dedi – yatdım.Heç bilmədim ki,Haçan boy atdım.

Səhər yuxudanDurdum vaxtında.Əl-üzümü dəYudum vaxtında.

Tərtəmiz olduDişim, dırnağım,Tərtəmiz oldu,Saçım, darağım.

Təmiz ol, – dedi –Su da hər səhər –Təmiz balalarTez böyüyürlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов