Tək qalmaq istərəm,Tək qalmaq, hərdən.Özümə çəkiləm bayquşdan betər:Dartmalar, didmələr, deyinmələrdənQulağım dolubdur,daşıbdı, yetər...Sanaram bir axşam düşüncəm duru,Gör necə çırpınıb necələnmişəm.Bir də görürəm ki, üz-üzə durubMən özüm özümdə neçələnmişəm.Ələnər başıma min sual-yağış,Sualkeş də mənəm,Cavabkeş də mən.Bezərəm Xəyyamlar cavab tapmamışİdrak «neyçinlər»i, «niyələr»indən.Çiynimdə ən yüngül yük olanda daSığmır fikirlərim bir qəlbə, vallah...Tək ola bilmirəm tək olanda da,Qəribə insanam,Qəribə, vallah...

Noyabr, 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов