Səhər-səhər dan yerinə yollar yönələr,Arzunundur, ümidindir yolların biri.Bir gün olar,dan yerinə toran çilənər,İtik düşər kimin yolu –onu kim bilir;Mən yollarda öləcəyəm, özüm bilirəm,Bu ölümü ən şərəfli ölüm bilirəm.Hələ çoxdur həsrət yolu,intizar yolu, –Öz muştuluq cığırımı qoşub onlara,Tapdağımla daşı yorub, qayanı yorub,İki kəlmə xoş xəbərə ağ olanlaraÜmid verib, gedəcəyəm özüm, bilirəm;Bu ölümü ən şərəfli ölüm bilirəm.

Ömrüm boyu bu torpaqda söykənək yerim,Hər çayı bir qalaktikam,hər gölü səmam.Onsuz mənim adım yetim,şöhrətim yetim.Bir bulağa gedən yoluxiyaban sannam;Bir çəhlimdə tutulacaqdilim, bilirəm,Bu ölümü ən şərəfli ölüm bilirəm.

Ömrü boyu ayna bildim qara torpağı,İnsanlığın hər üzünü göstərən odur.Bu yerüstü yolların ən genişi, ağıBir zəmiyə su aparan rəncbər yoludur.Dağdan enər, düzə dönəryolum, bilirəm,Bu ölümü ən şərəfli ölüm bilirəm.

Bir tarlaya gedən yolda dayansam əgər,Bir talaya gedən yolda dayansam əgər,Bir zirvəyə gedən yolda qırılsa ömür,Bir ürəyə gedən yolda qırılsa ömür...Ürəyimi bu torpağabasdırdım, demək,Nə zamansa bu yollardasöz göyərəcək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти