Yaylaq
Gözəllər seyrangahısan,Görüm səni var ol, yaylaq!Açılsın gülün, nərgizin.Təzə mürgüzar ol, yaylaq!
Gözüm qaldı siyah teldə,Bülbül öldü meyli güldə.Kimsəm yoxdu qürbət eldə,Sən mənə qəmxar ol, yaylaq!
Mən səni görəndən bəri,Sinəm oldu qəm dəftəri,Yazıq Aşıq ƏləsgəriÖldür, günahkar ol, yaylaq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-yaylaq-gozeller-seyrangahisan
Клавиши ← → для перехода, R — случайное стихотворение