Güləndam
Səni gördüm, əl götürdüm dünyadan,Ala gözlü, qələm qaşlı Güləndam!Alma yanağını, ay qabağınıGörən kimi ağlım çaşdı, Güləndam!
Tovuz kimi şux bəzənib durubsan,Ala gözə siyah sürmə vurubsan.Sağ ol səni, yaxşı dövran qurubsan,Bu dünyanın sonu puçdu, Güləndam!
Heç demirsən, Ələsgərim hardadı?Səbəb nədi, gülün meyli xardadı?!Mənim gözüm sənin kimi yardadı,Hər cəfası mana xoşdu, Güləndam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gulendam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hikmət məclisində əyləşən alim,Gəl, səninlə yol-ərkandan danışaq.
OlduAltı gündə dünya neçə don geydi,Nə üstə əyləşdi, bərqərar oldu?
Olurİki bədən gördüm, altmış başı var,Müttəsildi onda qeyri sirr olur.
Sübhün çağı bir hikmətə tuş oldumSübhün çağı bir hikmətə tuş oldum,Desəm inanmazlar, sirri-sübhandı.