Gözəllər
Gözüm gördü, könlüm qəmdən ayıldı,Çıxdınız qarşıma dəstə, gözəllər!Camalın şöləsi nuri-təcəlla,Görsə şəfa tapar xəstə, gözəllər!
Qəmgin idim, sizi görüb gülürəm,Qaşınız qiblədi, səcdə qılıram.İkram ilə sizə sarı gəlirəm,Siz də gəlin asta-asta, gözəllər!
Minəş Günə bənzər, Əsli bir Aya,Şəms olub, aləmə salıbdı saya.İncimərəm, qəsəm olsun xudaya,Qədəm bassa gözüm üstə gözəllər.
Sizi gördüm, çaşdı ağlım, kamalım,Güllüyə qurbandı dövlətim, malım.Olmayaydı bir qocalıq, bir ölüm,Yaşayaydı bu həvəsdə gözəllər!
Pərzad məlakədi, Gövhər bir xanım,Görən kimi getdi dinim, imanım.Yazıq Ələsgərəm, sərgərdan canım,Qurban sizin kimi dosta, gözəllər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gozeller
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Şükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,