Ələstidən «bəli» deyənSübhana baş endirir.Məhəmmədə nazil olanQur'ana baş endirir.Özü birdi, adı minbir,Vəhdəhuəl-laşərik;Əhli-mömin körə bilməz,Pünhana baş endirir.

Ölməyincə bu sevdadanCətin dönəm, usanam;Həqiqətdən dərs almışam,Təriqətdən söz qanam.Şahi-Mərdan sayəsindəElm içində ümmanam;Dəryaların qaydasıdır,Ümmana baş endirir.

Biçarə Aşıq Ələsgər,Olma elmə nabələd;Danışanda doğru danış,Sözün çıxmasın qələt.Çox qazansan, az qazansan,Beş arşın ağdı xələt;Mal-dövlətə baş endirənƏfsana baş endirir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов