Ağbaşlar içtimainin qətnaməsi
Şükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
Söyləyək məclisdə cahil xalqa yüz min səfsətə,Azdıraq, yoldan çıxardaq milləti bundan sora.
Öskürək, hay-küy salaq, təqrirə meydan verməyək,Açsa hürriyyətdən hər kim söhbəti, bundan sora.
Məclisi ürfanda olmaq şanlı hürriyyətpərəst,Məscidü minbərdə qoymaq bid’əti, bundan sora.
Mollanın tənbəl yeyib-yatmaq yaranmış şanına,Ölsə də atmaz keçən xasiyyəti bundan sora.
Mə’niyi-qur’anı bilməz, anlamaz heç bir sözü,Alim olsun cahil etsin ümməti bundan sora.
And içib qur’ana yüz min dəfə sadiq qalmasın,Etməsin islamə doğru xidməti, bundan sora.
Bax bu cahil xəlqə istər molladan hürriyyəti,Tazə qılmaq istər əski xilqəti bundan sora.
Beldəki şal on bir arşin, başdakı əmmaməninOn iki batman gərəkdir siqləti, bundan sora.
Oldu hürriyyət, hər ayda altı arvad al boşa,Sal kəməndə gündə bir dul arvadı bundan sora.
Qit’ə-qit’ə sat müsəlmana behiştin bağların,Pulların al, boynuna qoy minnəti, bundan sora.
Məclisi ehsanidə əks-həmləmizlə bəl edək.Küftəni, şorbanı, bozbaşı, əti, bundan sora.
Ağbaşın şənindən yüz il yazsa da Hərdəmxəyal,Ağbaş, Ağbaşdır, dəyişməz hey’əti bundan sora.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-agbaslar-ictimainin-qetnamesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*
İkinci pərdəƏhvalat vaqe olur kənd qiraət komasında. Şə’ban kişi fikirli bir surətdə oturub çubuğunu çəkir. Komsomol Hüseyn komanın o tərəf-bu tərəfini dolanır, həyəcanlı bir surətdə fikir edir.*Hüseyn** — *(Şə’ban kişiyə).* Qolçomaqların tülkülüyünə baxma! Onlarla mübarizə aparmaq o qədər də çətin deyildir. Əvvələn, budur ki, kəndlilərin gözləri açılır, ikincisi də torpaq və su bizim ixtiyarımızdadır.
Dinçilər(Dörd pərdədə)*Əfradi-əhli-məclis
Birinci pərdəƏhvalat vaqe olur Hacı Qafarın evində. Ev sərvətdar bir şəxsin evini təsvir edir. Hacı Qafarın oğlu doktor Akif oturub başı açıq kitab oxuyur. Nökər Əsədulla daxil olur.*Əsədulla** — Ağa, bir nəfər xanım gəlib, sizi görmək üçün icazə istəyir.
Стихи других поэтов · О мудрости
Qadın! Ey sevgili həmşirə, oyan!Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Cavanlara xitabMənim düşkün könlüm sizdən eləyirBu fərz olan təmənnanı, cavanlar.
ای دوست اگر صاحب فقری و فناباید که شعورت نبود جز به خدا