Bu adam
Bu adam Allahın bəlası imiş,Şeytanın balası imiş bu adam.Quruyub məhşərə qalası imişMəhşərin qalası imiş bu adam.
Gözü göy, sözü boz, üzü kürənmiş,Nəyi var tükənib üzə dirənmiş.Demə saman altdan su yeridənmişCəhənnəm olası imiş bu adam.
Hələ ki yol gedir üzü bütlüyə,Çətinə düşdümü sözü cütlüyər.Döndərə bilərmiş xalqı kütləyəBir qaşıq çalası imiş bu adam.
Başı daşdan daşa dəyər adamın,Ölüm qapısını döyər adamın.Niyəti başını yeyər adamın,Niyətin başını yemiş bu adam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-bu-adam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Çün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
TuranSizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,Əcdadımızın müştərəkən mənşəyi Turan.
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd