Getdim, məni apardı dərdZaman atında apardı.Doğrusunda,yalanındaZarafatında apardı.

Təkcə ilanmı soyulan?Hər günü mənəm oyulan.Adım adına qoyulanMəni adında apardı.

Yazdığım yazı dilində,Nöqtəsində, vergülündə,Açılan qönçə gülündəQuş qanadında apardı.

Ömür əsən yeldi, getdi.Çaydı daşdı, seldi getdi .Məni sevən öldü getdi.Məni yadında apardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов