Və... hamısı bu...
Ayağı sayaGünün birində;Gələr dünyaya.MüntəzirindəAta anası,Qonum, qonşusuVə.. hamısı bu..
Dünya şirindiHələ ki şirinYolunu gözlərÖndə qan, irinAna döşündəSüdəmər quzuVə.. hamısı bu..
Əyilməz başıGünə əyilən.Yolçusu naşı...Ölüm deyilənDibsiz bir quyuVə...hamısı bu..
Dön arxaya baxNəymiş bir ömür;Yanan bir ocaq,Sönən bir kömür:-Zaman gürubu,Və... hamısı bu...
Yük üstündə yük...Sirr içində sirrDağılan fikir,qarışan yuxuVə... hamısı bu..
Qurtarar canı,Xeyrat ehsanıGələnlər seyrəkİki bir, üç bir..
Üç-beş tikə ət,Beş-on qaşıq suVə... hamısı bu..
Yaman gözlərəBatan ox oldu..Yoxdu, var oldu,Vardı, yox oldu..Ey fani dünyaÜzünə tufuVə.. hamısı bu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-ve-hamisi-bu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Məhəbbətin, gözəlim, baisi-məlalımdır,Qəzayi-ruhumsən, gözlərin qəzalımdır.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Maralı dağlarKəmənd əldə, səyyad ov bərəsində,Ovçusu da ağlar, maralı da ağlar.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.