Tütəyə dönəcək qamış,Bilirəm ahı sevirsən.Sinənə dağlar çəkilirÇəkilən dağı sevirsən.

Nə payızdan umacağın,Nə yazda gülün açılır.Sinənə dağlar çəkilir,Sonra da dilin açılır.

Möcizə yaratıb XudaHər dağından bir səs çıxar.Ota səs verib oxudaÇıxan belə əvəz çıxar.

Tütəyə dönəcək qamış,Neçin bəs ahı sevirsən?Yerdə dizinəcən qarıGöydə Allahı sevirsən.

Mənim də çatdı axırımÖlümüm üzümə güldü.Bir azdan səsim çıxacaqBoyuma qamış ölçüldü.

Mən də bir qamış olsaydımSinəsi yanmış olsaydım.Çalan tapılardı məniÜrəyə dammış olsaydım...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов