Duman gözümə yatdı.Ümidimi qapatdı.Bura qar gəldi çatdı,Ora da qış gəlirmi?

Hardadı dolan bulud?Unuda bilsən, unut.Əlini üzünə tut-Gözündən yaş gəlirmi?

İki sinə, bir ürək,Döyünür ürkək ürkək.Qapını döyən küləkƏlləri boş gəlirmi?

Orda yurdum, yuvam boş.Qoşa bildiyincə, qoş!Yoxluğum yadlara xoş,Sənə də xoş gəlirmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов