Ümidləri kul olub saqqalında, saçındaBuludu tüstü bilər vaxtsız sönən ocaqlar.Qismətinə düşən nə qərib yol ayrıcındaQatarları yan keçən səssiz dayanacaqlar...

Görünən əməlimi görünməz mələklərinÖmürün durğun gölündə qəfil fırtına çıxdı.Çox şey vardı içində gələcək diləklərin,Bircə qürbət yoxuydu o da kartına çıxdı.

Gediş-dönüş yolları...Köçəri quşlar...Səma!Göydən xəbər almada yer durna lələyindən.Hicrət günortasından ömür düşdü axşamaXəbəri gətirəni yox səhər gələcəyindən..

Gəcənin qucağında tənha bir bayquş səsi,Özüne yadlaş gəzər əzik giley-güzarı.Nə keçmiş geri dönər, nə gələcək gələsi,Ürəyi, sevənlərin tərk edilmiş məzarı...

Sızım sızım sızlayar dağlanmış bir ney kimiDuyğuları qürbətin yağmurundan, qarından.İlham ənginlərində arayışlar peykimiYeniliklər boylanar əski misralarından!

Heç əzəldən yoxuymuş səsi-sorağı sanki,Soruşsan xəbər verən tapılmaz həyatından.Sahildə unudulmuş limanmış. Bir limanki,Yan almaq gəmilərin çoxdan çıxıb yadından...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке