Yön ki düşdü qərib elə
Qocanın əziz ruhuna
Varlığına od calanırYön ki düşdü qərib elə.Qoşa yollar haçalanırBiri elə, biri belə.
Hər gün qulağım səsdədi,Qəfil xəbərdən qorxuram.-Durma gəl, ağır xəstədiBu beş-betərdən qorxuram.
Durna kimi qatar-qatarUğursuz gün, yaman xəbər.Qulağına gəlib çatarÜrəyinə daman xəbər.
Bu dərdin dibi sudamı,Dalğa-dalğa, damar-damar.Hər gecə yuxuma damırQəbriyin üstündəki gar...
Gələcəyin keçmişininAtılan daşına gələr.Qürbətə düşən kişininQorxduğu başına gələr...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-yon-ki-dusdu-qerib-ele
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qayıq sahildə ölü,Dənizlərdə diridi.
Hele mehebbetim düşüb derbederHele mehebbetim düşüb derbederYollara dikilən bir cüt baxışam.
Ömrümdən, günümdən ötən yaşmısanÖmrümdən, günümdən ötən yaşmısanİllərə qoşulub qanad açmısan.
Bəlkə...Qalıb həsrətinmi əli yaxandaİnsanlar içində de niyə təksən?!