Ömrümdən, günümdən ötən yaşmısanİllərə qoşulub qanad açmısan.Yəqin kiminləsə doğmalaşmısan,Sendən ögeylənir, yadlanıram mən.

Demə daş qəlbimə, dəmir qəlbimə.Dözüm də öyrətdi ömür qəlbimə.Sənin qəmli günün damır qəlbimə,Sənin şad günündə şadlanıram mən.

Nə sözüm qəlbinə dəymiş, toxunmuş,Bir ürək istədim, o da yoxunmuş,Yoxsa buna görə çoxdan oxunmuşBir sevgi nəğməsi adlanıram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов