Başardım
Keçib geldim neçə-neçə ölümdənYaşamadım, yaşatmağı başardım.Sözdən qeyri nə gəlirdi əlimdənÜrəyimi boşaltmağı başardım.
O dünyadan nə verdilər götürdüm
Nəyi vardı bu dünyaya yetirdim.Bu yollarda nə buldum, nə itirdimNə almışdım, nə satmağı başardım.
Batan günəş yatan baxtın qövsümü?!Ötüb keçdi həsetlərin mövsümü.Yelə verdim, suya çəkdim nefsimiArxasınca daş atmağı başardım.
Ömür keçdi govhagovda, axında.Nə tez gördüm uzaqlığı yaxında?!Qılınc idim, dünya adlı bu qındaYavaş-yavaş pas atmağı başardım.
Görüşünə addım atan deyildim.Laylasına yuxu yatan deyildim.Mən onsuz da bu dünyadan deyildim,-Öz-özümü aldatmağı başardım
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-basardim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.