Gətirdilər, öz xoşuma gəlmədim,Əllərinlə nura döndü zülmetim..Nə vermişdin dəyərini bilmədim,Səpələdim hara gəldi, sultanım.

Bir qismətin çəhlimindən yürüdüm,Cavanlığı qocalığa bürüdüm.Hara getdim süsüm-sürüm sürüdümDərd əlimdən zara gəldi, sultanım.

Mənzil kəsdim, ümidimi kəsmədim,Vaxtdan küsdüm, dönük baxtdan küsmədim.Nə göndərdin, şərik çıxdı qismətim,Hər nə gəldi, kara gəldi, sultanım.

Səndən qeyri üz tutmağa hara var?Heç addırmaz hər ağ gündə qara varNə biləydim yar sözündə yara var,Yardan bizə yara gəldi, sultanım...

Ömür yolu-zaman içi vargəldi,Vara, vara dünya bizə dar gəldi.Arzuların baharına qar gəldi,“Bizim ki də qara gəldi”, sultanım.

Qəbir yeri yaradırsa, yara ver,Ürək sudur-dincəlməyə ara ver.Çarə səndə, çar-naçara çarə verÖlüm bizə çarə gəldi, sultanım...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов