Allah unutmur
Payızda baharın yolunu tutdun,Çiçəklər bitəcək içindən garın.Əvvəl arzuladın, sonra unutdunÇıxar gabağına unutduqların.
Sevilən Tanrıya sevimli bəndə,-Baxma ki şeytanlar daş atır sənəTanrı, istəsən də, istəməsən dəBir şair taleyi yaşadır sənə.
Hər qönçə gələcəkək eşq ilahəsi,Hər ovuc torpaq da ağaç yeridi.Sənin fikirlərin maqnit sahəsiİlahi vəhlərin saxlac yeridi.
Gözə görükəcək qəlbinə daman,Son ucda səhəri gətirər gecə.Səni qürbətlərdə çürüdən zamanŞeirinin yanından yel olub keçər.
Başından yüksələn dumanmı, çənmi?Könül ocağının odundan çıxıb.Bu qürbət deyilən sən istəyənmiFikirləş bəlkə də yadından çıxıb.
Soruşma nə olar sonun əvvəliDaşda su, dildə söz, odunda ocaq.Sənin şeirlərin—hamilə gəlin,Gedib oxuyana fikir doğacaq.
Görərsən gül bitir içindən qarınBaxma ki verdiyin söz sözü tutmur:Çıxır qabağına unutduqlarınİnsan unudanı Allah unutmur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-allah-unutmur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Vəzir, sana qarğayıram,Haqq diləyin yetirməsin!
Siz nə umursunuz bu gedişatdanBizi qananlardan bizi danan çox,Xırda oyunlarda xırdalanan çox,
Qara gözlərO gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmam
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.