Vəzir, sana qarğayıram,Haqq diləyin yetirməsin!Göydən min bir bəla ensə,Birin səndən ötürməsin!

Evində düşəsən naçaq,Sağ gözünə batsın bıçaq,Oğul-uşaq düşsün qaçaq,İstədiyin gətirməsin!

Oturubsan ağ otaqda,Qan qusasan laxta-laxta,Səni görüm elən vaxtdaDilin kəlmə gətirməsin!

Qurbani qaldı burada,Çağır xudan yetsin dada,Meyidin qalsın arada,El yığılıb götürməsin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви