Hələ bir kimsənin yoxdu xəbəriMəni bu yerlərə səsliyən nədir.Bəlkə də kim bilir gürbət elləriGərib məzarların həsrətindədir.

Gəlir damağıma ölümün dadıGüllə açılacaq, tiyə çıxacaq.O yerlər dirimə sahib durmadıGəlib ölüməmi yiyə çıxacaq.

Qərib gecələrin yuxusu sərvaxt ,Qürbət gündüzlərə zülüm dolanır.Anam dolanardı başıma bir vaxt,İndi ətrafıma ölüm dolanır.

Yox daha içimə bənzəməz çölüm,Ömrün ağ günləri qaradan çıxar.Ölməyin zamanı gəldi, gəl, ölüm,Mən ölüm, gəl məni aradan çıxart.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке