Dilinin şüarı: nə üçün, niyəOnun da bir belə şakəri vardı;Evdə deyiləni unudar deyəİşdə barmağına sap bağlayardı…

Vardı misalımız “Qurd qocalanda..”Hərdən özünə də çək bu misalı.İnsanın ağlını almır, alandaAllah yaddaşını əlindən alır…

Sehir yuvasıymış, nəymiş bu bədənSirr yatır içində hələ nə qədər.

Sözlər də yadından çıxarmış hərdənKönlündən dilinə gələnə qədər…

Yadından çıxanı salmaqmı yadaFikrindən keçəni yazmaqmı çətin?Ormanda yolunu çaşmaqmı, ya daÖzün öz içində azmaqmı çətin?

Unutdun nə idi sözünün ardıNəyin sorağıydı qaralan qanın?Hərdən barmağına sap bağlayardınBəlkə də o sapa bağlıydı canın...

Verilən sualmı, alınan cavabGedib bir əlaqə tap arasında.Kim bilir heç nəyin nəsiymiş o sapNə varmış fikirlə sap arasında.

Sirri var burnuna dəyən hər iyinYaxın bir təmasmı, uzaq görüşmü.Vətənin yadından çıxıb gəldiyinHeyif ki, vətənin yadına düşmür…

İzi yox çəməndən çəkilən çənin,Yəqin unudulub sənin də adın?Qürbətə düşəndə ana vətəninGərək “barmağına” sap bağlayaydın..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов