Baxarsan ağarar gözün qarası,Baxdın ya baxmadın iz qalmaz suda.Bir ömür- axşamla sabah arası,Sabah xoş gördükmüş, axşam əlvida.

Ömrüm keçib gedir dar bir boğazdan,Bu dəniz gözümdə büyüdür qəmı.Gözdən itəcəyəm, yoxam bir azdan,Həsrət sularında mənəm o gəmi.

Dəyərsiz, bilmədik ömür sürəliVaxtın söz sovunda, çat ha çatında .Atadan, anadan, yardan irəli

Varmış sevgilisi Vətən adında.

Deyərsiz, dərt sürdü, ömür sürmədi,Axırda mənzilə yetdi diyərsiz.O, bu zəmanədən söz götürmədi ,Başını götürüb getdi diyərsiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви