O dərdini açmaz sizə
O, dərdini açmaz sizə,Özünədi hər sualı.Göy sulara dalıb kimsə,O da burda fikrə dalıb.
Dalğalara axşam çökər,Şəfəqlərdən qızıldı sı.Yaddaşından misra sökərDodağının mızıltısı...
Əriməz saçındakı qar,Yaz gəlsə də gendən keçər..Əlinə keçməyən nə var,Gəlib ürəyindən keçər...
Təzə sovuşmuşdu yayı,Hardan çıxdı bu qocalıq.Sinəsində parpılayır,Fikrində tutduğu balıq..
Bir vaxt özünü çəkərdi,İndi də özü çəkilir.Azalır gözünün nuru,Dünyadan gözü çəkilir.
Halı buludlardan betərO buludlar, buludlarÖzləri kövrəlməsə dəOnu ağlatmağa yetər...
Boşanmağa ümid varmı,Kədərə kəbin olanda.Vətəndə dost tapılarmıQürbət zərrəbin olanda..
Gördüyü yerlər yad olar,Nə yapışır, nə əl çəkir.Vətən yolu abad olar,-On ildi gözü yol çəkir...
Uzak yolların canınaPiyada düşməyə gedir.Vətənə getmir, gedəndəO, yada düşməyə gedir..
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-o-derdini-acmaz-size
Клавиши ← → для перехода, R — случайное стихотворение