Bir az payızın sonu,Və...sonra bütün qışı.Ürəyimə toxunur,Bir ananın qarğışı..

Bu dərdlərin, bu da sən,Bu da dona qalan qış:-Niyə cavab vermirsən,Ayə, ay adı batmış...

Anam, zaman qarıymış,Qulaqlara qurğuşun.İki başı varıymışBəlkə də bir qarğışın...

Süründüm dizin-dizin,Sonra qanad çıxardım.Mən çətənə cevizinİçindən ad çıxardım...

Yer qürbət, mən didərgin,Qırılan qanadımnan.Elə batdı ki, bir gün,Adım çıxdı yadımdan.

Kimə çatar gileyim,-Əmanətimi qaytar.Kimim var, kimə deyimBatan adımı qaytar.

Hanı yadın, yaxının,Varmı səni duyan səs?Ya balıqqulağınınİçində uyuyan səs.

Dənizmi olub bu yer,Əmanətimi səndə?Səndən istəyirəm, ver,Batan adımı səndən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов