Su pərisi, su pərisi,Bu çoban şəhvət hərisi...

Su pərisi, su pərisi,Nə işin vardı bulaqda?Doğruluq -şöhrət hərisi,Əyrilik gözdə, qulaqda...

Nolar o baxdı, sən baxma,Baxma, sən baxsan söz, çıxar.Yaxanı yaxın buraxma,İçindən.. Təpəgöz çıxar...

Baxma, bu çoban şər atar,Xeyri şərə calaq edər.Sonra yer, göyü aldadar,Göy yeri daş-qalaq edər..

Öz özünü bulmayanlar,Özgələrlə üz-göz olur.Sevgidən doğulmayanlar,Doğunca, Təpəgöz olur...

Hardan buldun bu təzadı,Öyrəndinmi nəydi səhvin?Qanadların uçamadı,Güc gəldi insan tərəfin...

Bu nəymiş alın yazında,Yarı insan, yarı quşdun.Bu yerlə göy arasında,De hansından yarımışdın.

Bir yer də yox ki, sığına,Dərdin düşübdü arxama.Bir çobanın acığınaBütün Oğuzu qarğama..

İşti, azıtsam bu dərdi,Azdırmaz ki ana bətni..Göylər geriyə göndərdi,Yerlərin əmanətini...

Tarix kül oldu..köz keçdi,Qaldı “Ey dadi-bidad”ı.Başına Təpəgöz keçdi,Oğuz hələ yuxudadı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов