Qayalar uyuyur dumanda, sisdə.Dağlar düşüncəli, düşüb üzüstə.Qartal qanadını kəndimiz üstəGərib axşamlar,qərib axşamlar.

İliyə işləyər bu gecə hesrət,Nə səs var, nə səmir, qəmlı sükunət.Yoxsa, nəfəsini ana təbiatDərib axşamlar,qərib axşamlar.

Ötən durnalarmı göyün ovsunu,Xəyal ərşə çəkər göz yuxusunu.Hicran pərdəsini, qəm duyğusunuSərib axşamlar,qərib axşamlar.

Gör nələr söyləyir o səs, o səda,Bir anda nələri gətirdi yada.Mən hardan biləydim bu gen dünyada,-Bir qərib axşamlar,qərib axşamlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке