Gözəldir
Gözlərin çağlayan sevgi dəniziGörənin açılar bəti-bənizi.Qalxız kipriyini gülsün dan üzüAğ qara üstündən halə gözəldir.
Səhərin şehində gəz ayaqyalın,Meh əssin çiyninə sürüşsün şalın.Ayrı ləzəti var yaşılla alın,-Zəmilər içində lalə gözəldir.
Çəkməzsən qəhrini varın, yoxun sən.Şirin bir nəğməsən əgər oxunsan.Dönüb qızıl olar daşa toxunsan,-Səni sayə salan tale gözəldir.
Həsrət dənizinin adası mənəm.Sən eşqin özüsən, sədası mənəm.Qara gözlərinin qadası mənə,-Gözəldən gələcək bəla gözəldir.
Yar ol dərd bilənə, yar olanda da,Yoluna göz diksin yorulanda da.Eləsinə vurul vurulanda da,-Desinlər, ay Məmməd əla gözəldir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-gozeldir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Baxarsan ağarar gözün qarası,Baxdın ya baxmadın iz qalmaz suda.
Hele bir kimsenin yoxdu xeberiHələ bir kimsənin yoxdu xəbəriMəni bu yerlərə səsliyən nədir.
Allah unutmurPayızda baharın yolunu tutdun,Çiçəklər bitəcək içindən garın.
SultanımGətirdilər, öz xoşuma gəlmədim,Əllərinlə nura döndü zülmetim..
Стихи других поэтов · О любви
گوش کن من هم بگویم آن چه یاران گفتهاند
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər