Könlünü göynədər ilk ev, ilk uçuşQayıdıb gedərsən kəndə dalınca.Orda bilərsən ki, arzuların quş,Piyada getmisən sən də dalınca.

Getmisən, yollarda ötüb ömür-gün,Axırda gözlərin düşüb eynəyə.O burda gördüğün günlərin içinBaxarsan, burnunun ucu göynəyər.

Üz üzə durarsın həyət-baca, sən:-Gecikib qoyunu vermisən qurda.Cavab ver quruyan hər ağaca sən,Varmı bir cavabın bu yerə-yurda?

Köhnə həyətlərdə söyüdlər çadır,Tənək zoğlarında uzanıb bahar.Sən əkən ağaçlar səndən ucadır,Sənə yuxarıdan aşağı baxar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов