Boğazdan keçən gəmilər...
Kim sənin bəxtini gürbətə yazdı,Vətənmi istədi, vaxtmı dışlayır?Düşdüyün çıxılmaz bir dar boğazdı,Bir az o tərəfdən dəniz başlayır...
Suların axarı əymiş sahili,Bir dəfə əyilən bir də düzəlməz.Qürbətə səpilən ömrün on ili,Vətən istəsə də gəriyə gəlməz...
Dünyaya qarışdın dünyayala birsən,Kim səni yurdundan saldı dərbədər?O gözəgörünməz kimdi deyirsən,Qədərmi dəyirsən, bəlkə də qədər...
Çıxsan, çıxammazsan cazibəsindən,Qədərin saldığı görünməz iz var...Gecə martıların qərib səsindənBilərsən hardasa çay var, dəniz var..
Vətən də eləcə xəyaldı burda,Nə ad verəcəksən bu seçkinliyə?Və canından artıq sevdiyin yurdaAyağın dəymirsə üç-beş günlüyə...
Doğmamı, ögəymi Eğəylə Xəzər,Varmı bir cavabın bu suala su?Yelinə uçmağa kölgəni gəzər,Üfüqlər ardında qartal balası.
Fikrinin ucunda o ev, o daxama,Sonu görünməyən bir sitəm ilə.Hər gün boğazına tıxanan loxma
Və hər gün boğazdan keçən gəmilər..
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-bogazdan-kecen-gemiler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tüstüsü kənara çıxmaz hər odunHaqqı bulanların şairiyəm mən.
Qırxıncı qapıyam sirrim bilinməzQırxıncı qapıyam sirrim bilinməz,Bir sir ki, nə ahşam, nə sabah bilər.
TərəddüdlərNə qədər üzmək olarilhamın məhəlli sularında,-
Ağacdələn, döy qapımıYolum hərdən-hərdən kəndimizə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha savaşlardan geri dönməyən atamı gözləyir. Qapısı bağlı yetim,tənha evimiz. Bu dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz bir səs eşitdim, kimsə qapımızı döyürdü...Ayaq saxladım. Elə bil gəlişimi ayların, illərin şirinli-acılı xatirələri ilə qolboyun olan evimizə kimsə xəbər verirdi. Qapıya bir az da yaxınlaşdım, bir az da... Axı bu şərin şər vaxdı, payız çən-dumanında mənim gəldiyimdən kimsə xəbər tutmamışdı. Evimizdə isə taleyin gəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə kimsəsiz evin qapısını döyən kim idi? Ama bu səslər insan barmaqlarının səsinə bənzəmirdi, nəsə gaibanə bir səs idi. Payız sisi bir az da seyrəlmişdi...Sən demə qayğısız ağacdələn tənha evimizin əski, çürüməkdə olan qapısını dimdikləyirdi. O, kim idi? Bəlkə anamın ruhuydu,bəlkə atamın, bəlkə vaxdın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı ani gəlişimi yetim evimizə xabər verirdi.Ya bəlkə həqiqətən yem arayan ağacdələn idi, bilmədim. Gözümdə savaşlardan acı yadigar kimi dünya üzünə səpilən evlər canlandı, bir də təkcə ağacdələnlərin döydüyü qapılar...*Yol azıbsan bu payızın çənində
Стихи других поэтов · О родине
Mən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
Sehrli torpaqBu torpağa zinət vermiş, sığal çəkmiş təbiət,Onu mənə ana edən deyil təkcə bu hikmət...
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.