Yolum hərdən-hərdən kəndimizə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha savaşlardan geri dönməyən atamı gözləyir. Qapısı bağlı yetim,tənha evimiz. Bu dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz bir səs eşitdim, kimsə qapımızı döyürdü...Ayaq saxladım. Elə bil gəlişimi ayların, illərin şirinli-acılı xatirələri ilə qolboyun olan evimizə kimsə xəbər verirdi. Qapıya bir az da yaxınlaşdım, bir az da... Axı bu şərin şər vaxdı, payız çən-dumanında mənim gəldiyimdən kimsə xəbər tutmamışdı. Evimizdə isə taleyin gəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə kimsəsiz evin qapısını döyən kim idi? Ama bu səslər insan barmaqlarının səsinə bənzəmirdi, nəsə gaibanə bir səs idi. Payız sisi bir az da seyrəlmişdi...Sən demə qayğısız ağacdələn tənha evimizin əski, çürüməkdə olan qapısını dimdikləyirdi. O, kim idi? Bəlkə anamın ruhuydu,bəlkə atamın, bəlkə vaxdın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı ani gəlişimi yetim evimizə xabər verirdi.Ya bəlkə həqiqətən yem arayan ağacdələn idi, bilmədim. Gözümdə savaşlardan acı yadigar kimi dünya üzünə səpilən evlər canlandı, bir də təkcə ağacdələnlərin döydüyü qapılar...

Yol azıbsan bu payızın çənindəAğacdələn, ağlın azıb sənin də,Dən gəzirsən saçlarımın dənindəAtamoğlu, az qapımı döy görüm.

Bu cığırı bu qara kim bürüyüb?Burda kimin yanan qəlbi kiriyib?Həyətini qara yellər kürüyübBaşımıza nələr gəlir qoy görüm.Haçanacan gözləməyə gəlmisən?Yoxsa mənə söz deməyə gəlmisən?Ya borcunu istəməyə gəlmisən?-Öz dilində ünvanımı söy görüm.

Mən dünyaya ata, ana borcuyam,Ünvanım var, bu ünvana borcluyam.Bir canım var, bircə cana borcluyam,Özgə nəyə, taraq-taraq say görüm.

Bulaq kimi batan bəxti açılmaz,Hər iğidin atam, bəxti açılmaz...Hələ yatır, yatan bəxtim açılmaz,Yatmışların yuxusuna qıy görüm.

Eldən ayrı ömür olmaz, gün olmaz,Eli sevən ürəklərdə kin olmaz.Nədən Araz arzularım çin olmazHaçanacan yuxularda çay görüm?

Avand işim nəhsə düşüb deyəsən,Vaxt mənimlə bəhsə düşüb deyəsən.Qulaqlarım səsə düşüb deyəsən,

Şimşək çaxsın, guruldasın göy görüm.

Yavaş-yavaş çürümədə taxda, bax.O taxtada ovxam olan vaxda bax.İnad olub nə döyürsən baxda-baxt,-Açılmayan düyünləri duy görüm.

Elə yanır döyüşlərin yanğısıNə təsəlli söndürəcək, nə də su.Mənim qapım Yer üzünün qapısıAğacdələn, döy qapımı, döy görüm,Başımıza nələr gəlir goy görüm...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов