Aylar-illər mən yolunu gözlədim,Düz ilqarlı Bəsti xanım, ağlama.Yandırdın sən məni kabab eylədin,Sənə qurban şirin canım, ağlama.

Bu dünyada belə olubdu adət,Varlılar yoxsula verir əziyyət.Bizə də bir qapı açılar əlbət,Varım-yoxum, din-imanım, ağlama.

Mən Aşıq Alıyam, illər ayrısı,Məcnun tək gəzirəm çöllər ayrısı.Bülbüləm, bağlar tək güllər ayrısı,Ey munisim, mehribanım, ağlama.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе