Səni xəstə gördüm qəlbim qan oldu,Ayıl bu qəflətdən, ellər, ağlaram.Ox dəydi sinəmə, yaram deşildi,Tökərəm didəmnən sellər, ağlaram.

Coşanda ürəyim aşırdım dağlar,Düşəndə yadıma o keçən çağlar,Bu günü görəndə dostlarım ağlar,Tutulub dizlərim, bellər, ağlaram.

Alıyam, dərdimi yetirdim yüzə,Gəzirdim səhrada, enmişəm düzə,Bir gözəl istərəm gözümlə süzə,Deyirəm sözləri dillər, ağlaram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости