Dal-dala
İsmin üç hərifdi elədim bəyan,Cimdi, mimdi, yazılıbdı dal-dala,Seyraquba, müxənnətə qoşulma,Əlif qəddin bəd nəzərdən daldala.
Səyyadısan, dağlar sənin, gəz dolan,Alışarsan öz oduna, az qalan,Maral gəldi, keç bərədə daldalan,At oxların, peykanım daldala.
Deyər aşıq Alı meydan içində,Oxudum dərsimi meydan içində,Doxsan min kəlməni meydan içində,İsbat eylə, sübut eylə dal-dala.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-dal-dala
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaxşi aşiq, çalış yaxşı yara yet,Sağaldar, cəsədin yarasa, səni.
Yara yarQəddah qəhr eyləsə, dərdi sər artar,Sədasından həsrət qalar yara yar.
Ay eylər qıj-qıjYağar leysan, dağlar qarı əridər,Sel gələr dərədən ay eylər qıj-qıj.
Ay ilə-iləSəhər çağı səyyad gəzər səhrada,İllər ayrısıdır, nazlı yar gələ.