Vətən seçilməz
Dostu bu dünyada seçib taparlarDost-düşmən seçilər, Vətən seçilməz.Qayanı yonarlar, dağı çaparlarDağ-qaya kiçilər, Vətən kiçilməz.
Keçər taleyindən, ömründən keçər.Qovuşmaz karvana, yovuşmaz köçə.Köçsə, qürbət eldə qəlbinə köçərAğır elli-günlü Vətən köçülməz.
Ürəyin Vətənin önündə zərrə,Andını dəğişməz şöhrətlə, zərlə.Vətənın yolunda candan keçərlər,Keçilməz qaladır,Vətən keçilməz.
Göyləri uludur, Günəşi uca,Yerləri gözünü, könlünü açar.Ağacı böyüyüb kökündən qaçar,-Ha qaçar kökündən ayrıla bilməz.Dost-düşmən seçilər, Vətən seçilməz.Dağ-qaya kiçilər, Vətən kiçilməz.Keçilməz qaladır,Vətən keçilməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-veten-secilmez
Клавиши ← → для перехода, R — случайное стихотворение