Canında can qalmadı
varmı candan yananın?
Bir bayatı halın var
viranə bağlar kimi.
Daraşıblar canına
ölüb getmiş ananın
Döşünü sortuxlayan
qansız uşaqlar kimi.

Hara getsəm dərdin də
arxamca gedər mənim,
Bir qulam ölənəcən
bu dərdi daşımağa.
Səni xilas etməyə
nə gücüm yetər mənim,
Nə səndə arsız-arsız
tab edib yaşamağa.

Şairləri susmayan
bir vətən basılmayıb,
Qəlbimdə can yerinə
buna ümid bəslədim.
Yolunda şəhit olmaq
bahtıma yazılmayıb,
Bayrağına bükülüp
dəfn olunmaq həsrətim...

II

Hansı qayasından qopub gəldi,
Axıb gəldi hansı bulağından,
Hansı sözündən çıxıb gəldi,
Hansı məzar torpağına gayıdacaq
Qurbət eldə qardaş kimi
Qulluğunda durduğum bədən?
Gözə-işıq,
Dodağa-söz,
Qulağa-səs,
Ürəyə-qan,
Köksə nəfəs kimi çatışmır mənə,
Çatışmır Vətən!

III

Burası gurbət diyarı
Hər şey ölçülü-biçili.
Burda nə şərab içilir,
Nə bir gənirsiz gözəlin
Yolunda candan keçilir.
Sabah yolum vətən sarı
Yağmuru, çamuru, qarı,
Seli olmağa gedirəm.
Adam olmaqdan usandım
Dəli olmaya gədirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов