Burda dəniz yaxındadır,Sahili qumdan.Sevdiyim bir gözəl kimiÇıxmır yuxumdan…

Ürəyim də köksüm altdaLəpədi, nədi?Bu dənizə canatımınSəbəbi nədir?

Tarixi nə? Haçan olubAnadan dəniz?Dənizdimi, sahillərəCanatan dəniz?

Bu dənizin o başındaBir qız yaşarmış.Arzuların kölgəsindəYalqız yaşarmış…

Baxışları duman imişDağ başlarında.Bir gələcək dəniz varmışGöz yaşlarında…

Yavaş-yavaş könüllərdəGöldən iz olmuş…Dama-dama göl olarmış…Göl, dəniz olmuş…

Bu yaxında bir dəniz var,Sahili daşdan…Ləpələri alıb gedirAğlımı başdan…

Bir sabahın doğuşu varGün batımında.O dənizin bu sahiləCan atımında…

Nədir çəkən bu dənizə,Məni,bilmirəm.Ona nə var, o sevilirMən sevilmirəm.Gecə-günüz sızıldadırDizlərimi nəm;Burda dəniz yaxındadırOndan bilirəm..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе