Burda mən qəribəm günəş də qərib...
Qara buludların qanadı qışdaYarı qaranlıqdı, yarı işıqdı.Aldırma, sevinclə qəm qarışıqdıBunu qəsd eləyir günlü yağış da..
Ölümə qonşuymuş qocalıq çağı,Ölüm, qocalığa yağı-gələcək.Öndə biganələr dayanacağı,Ömrün sevilməyən çağı gələcək..
Payız nəğmələri durna tellidirYazın həsrəti var durna səsində.Günəş də üğfüqdə bir təsəllidirŞaxta var payızın son nəfəsində...
Payız buluduna bürünər şəhər,Kənardan kim bilər evdə kim yatıb.Beləcə axşamdan səhərə qədərDöyər pəncərəni bayırda “tıp-tıp”
Ayağı üstündə yuxlar görər,Xəyal dərd daşıyar dağ başlarına.Yellərin dodağı yerdə sürünər,Torpaq qapı açar göz yaşlarına.
Payız yağışları başladı bitməz,Sorağı uzanıb gedər qışacan.İnsan bu dünyaya gəldimi, getməzQalar son ümidə, son alxışacan.
Bir hənirti gələr öndən,arxadan,Payızın yağışı, qışın qarıdı,Yerdə ümidlərin könlünə yatan,Göydə mələklərin dualarıdı.
Uzanır kölgələr bu axşam üstü,Günəş çəkildikcə yer sərinləyir.Kölgələr canından ayrılan hisdi,Yarpaq qulaqları bizi dinləyir..
Dağın sümüyündə şimşəyin səsi,Qığılcım oyanar çaxmaq daşında.Suda sınıxıbdı narın kölgəsiBaharın sevdası yayın başında.
Payız yarpağını tökür ağaclarTöküb ayağının altını qoyur..Baxar üfüqlərə bir ehtiyacla,Boylanar bir az da uzansın boyu.
Şəfəqlər yamaca düşər çəpəkiQarşı dalğalara çəkər kölgəmi.İçində biletsiz sərnişin təkiMənim düşüncəmi daşıyar gəmi..
Tanrı azanlara bir yol göstərib,Günəşin dənizə saldığı izdə...Çıxıb gədəcəyik hər ikimiz də,Burda mən qəribəm,Günəş də qərib...
Bu payz, qabaqdan qalan bu qalıq,Önündə çəkilməz hüzün-gələcək.Ölümlə görüşə fağır qocalıqƏli ətəyindən uzun gələcək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-burda-men-qeribem-gunes-de-qerib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yeri dağlar, sənlə həmdəm olmaram,Dağlar, əsirgədin qarı da məndən,
Şekoft imas ki, nəsimi-səxavət ilə bu günŞekoft imas ki, nəsimi-səxavət ilə bu gün,Bənəfşə qamətidin getsə əzayi-əna.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
MənimAdəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,