Köhnə dostlarım
Gün aydın, ey mənim əski dostlarım,Uzun illər boyu uzaq düşmüşük.Sizinlə üzümə güldü baharım,Nə mutlu bizə ki, biz görüşmüşük.
Siz acı günlərdə bir loğman kimi,Azmı dayandınız mənim önümdə?İnlərdi ürəyim bir kaman kimi,Sizi, görməsəydim yaman günümdə.
Candan umutludur, içdən umutlu –O dost ki dostlara can dilər, sevər.O mutlu yaşayar, ona nə mutlu,Ürək dilərsə ver, can dilərsə, ver!
A dostlar, sizinlə necə doğmayıq!Gözlər o gözlərdir, sözlər o sözlər!Çox da ki çox sular adlayıb qayıq,Çox da ki dəyişib sevimli üzlər.
Hər dost bir aləmə könül versə də,Kim deyir, dostluqda qədir bilmədik.İllər üzdən bizi dəyişdirsə də,Dəyişdirilsək də, dəyişilmədik...
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-kohne-dostlarim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ulayan bayquşu susdur ki, o bir kabusdur,Qara kabusdur o, susdur onu, qardaş, susdur!..
Gerçək arzuAraz mənim can sirdaşım,Könüldaşım, ömürdaşım,
Qurtuluş bayramıSəsimi türkülərimlə yayıram,Adlayır duyğularımdan bu qoşun!
Göz yaşlarımEy mənim yurddaşlarım, qardaşlarım,Zillətə düşmüş ömür sirdaşlarım!
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm