Yermi alır nəfəsini,Qarşına buxarmı çıxan?Gün döyür, torpaq isinir,Toxumdan baharmı çıxan?

Yenə yola salıb qışı,Qılıncdan ayırıb qınıCoşan bulaqlar danışırTorpağa qış nağılını.

Baxır buluddakı Ay da,Köksünü ötürüb gedir.Fikirdi dağdakı çay daBaşını götürüb gedir...

Çevrəsində açıb güllər,Çiçəkdi yanı, yançağı.Göyə güzgü tutan göllərSuların uyuyan çağı...

Yatar hər şeydə bir sehirO yanı, bu yanı yoxdu.Yazır hər gəcə bir şeirAçıb oxuyanı yoxdu...

Səhər gələn səda haqdan,Səs-sorağı gündən çıxır.Toxumun qara torpaqdan,Ürəyin köksündən çıxır..

Arı çiçəklərdən balıÜsküklərə sirdi süzür.Dağ adına dağ qartalıSəmada fikirdi süzür...

Hər şey zərif, hər şey incəVaxtın belə bir çağıdır.Dünyanın duyğu, düşüncə,Zamanın fikir çağıdır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе