I

Bir gecənin içində
Dodaqları açılmışdı yarıya.
Bir səhərin içidə
Günəş döndü arıya;
Mum elədi, şam elədi,
Günü axşam elədi,
Adicə bir qabığı
Nur dolu cam elədi.
Oda bax dənə-dənə
Odur bax, damla-damla
Dodağını söykəyib
Çatlayan dodaqlara
Alov içir adamlar...
Ulduz-ulduz danələri
Dənələnir narın-narın,
narın.

II

Nar –möcüzə, nar-işıq
Əl vurub, göz görəsi
Hazırca yer kürəsi
Torpaq, günəş qarışıq.

Bir qabığın içində
Nara bax, dənə-dənə,
Nara bax, mahal-mahal,
Nara bax-ölkə ölkə,
Düzülüb cərəgə cərgə.

Bu bükrümlü hücrələr,
Dövlətlərin sayımı?
Nar, kürədə yaşayan
Bəşərin sarayımı?

Bütöv xalqlar bütöv nar,
Adamlar nar dənəsi,
Eynidir hər dənəsi
Sevincə, qəmə şərik,
Ömürlük, həmişəlik...

Xalqlar var yarı kəsik,
Ortadan narı kəsik.

Nar elə bar deməkdir,
Nar elə yar deməkdir,
Nar elə nar deməkdir.
Sözdü,
közdü,
gözdü nar...
Sirri açılanacan
yarəb, necə dözdü nar?..

bir nəlbəki nar dənəsi
həddin yoxdu əl vurası.
Gündüzü, gecəsi var
Sözü var, hecası var,
Bir evdə bir qardaşın
Bir bax, gör neçəsi var.

Budur, nəyi var budur:
Novruz görən yuxudu:
Oxu yeddi qardaşı
Yeddi nar çubuğudur...
Yerin, göyün ruhudur.
Nar elə sirr sandığı,
Açın, insanlar bizə.
Taleyin sirr sandığı

Sehirli məktubudur.

Nar bütövlük sözüdür,
Aranı Araz kəsib
Nara bax, iki para,
Kim ala, kim apara...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов