Uca dağların başına,Qorxuram qar yağa, dilbər!Aldın ağlımı başımdan,Saldın dağdan-dağa, dilbər!

Güllərin içində güləm,Oxuyan şeyda bülbüləm,Mən bir qolu bağlı qulam,Sən olmusan ağa, dilbər!

Gullərin içində xaram,Gül üzünə intizaram,Mən əvvəlki köhnə yaram,Dolan soldan-sağa, dilbər!

Sən arısan, mən də şana,Dərdindən oldum divana,Saldırmısan bəndərxana,Dolan gəl otağa, dilbər!

Qul Abbasın gözü səndə,Olmuşam divanə mən də,Bir cüt şamama sinəndə,Endir tağdan-tağa, dilbər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе