Neylərəm gülşəni kim, ol güli-əhmər getdi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Neylərəm gülşəni kim, ol güli-əhmər getdi,Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi.
Ahü nalə dəmidir eylə fəğan, ey bülbül,Qaldı yüz xar bu gülşəndə, güli-tər getdi.
Getdi ol cövhəri-can, qaçdı mənim rəngi-rüxüm,Bu ərəz oldu tələf, ah, o cövhər getdi.
Düşəcəkdir dəxi minbəd işim nöqsanə,Tutulub, məndən o məhparə mükəddər getdi.
Qərq edib əşk məni, atəşi-rüxsarüvi aç,Sən qurban olub, əldən bu səməndər getdi.
Yengi ay tək görünürdü qaşı, zülf aldı onu,Ah! Əbr altına ol mahi-münəvvər getdi.
Ta ki, öpdüm ləbi-canpərvərin ol hurvəşin,Xatirimdən həvəsi-çeşmeyi-Kövsər getdi.
Getdi ol yasəməni zülf, salıb yasə məni,Yasimə bais olub, ah, o səmənbər getdi.
Макта — последний бейт с тахаллусом поэта. Getdi Seyyid dolana kuyin o xalı həcərin,Heyf kim, Kəbə təvafinə o kafər getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-neylerem-gulseni-kim-ol-guli-ehmer-getdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ləbbəstədir əhli-hal ağzı,El ağzı, demək, çuval ağzı.
Yağmurdən eyləyən fərarıYağmurdən eyləyən fərarı,Axır doluya düşər güzarı.
Yat rahətilə, tut öz sayağınYat rahətilə, tut öz sayağın,Yorqanuva düz uzat ayağın.
Rəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmazRəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmaz,Haçan mən xatiri-dildarə düşdum kim, cəfa qılsın?
Стихи других поэтов · О любви
Aylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Olmuşam səhra-güzər bir Leyli sevdasında mənOlmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər